Deputatın qardaşı oğlu işdən çıxarıldı

Deputatın qardaşı oğlu işdən çıxarıldı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi təqaüdə göndərilib.

Miq.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik Namiq Hüseynov xidmətlə olmanın son yaş həddinə görə təqaüdə çıxıb.
Onun yerinə həmin vəzifəyə polkovnik Vüsal Babayev təyin olunub.
Xəbəri saytımıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, təqaüdə göndərilən Namiq Hüseynov respublikanın keçmiş Hərbi Komissarı, millət vəkili Əliağa Hüseynovun qardaşı oğludur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az