Dərslərin yeni qaydalarla təşkili noyabrın 2-dək davam edəcək

Dərslərin yeni qaydalarla təşkili noyabrın 2-dək davam edəcək

Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi yeni qaydalarla 2020-ci il noyabrın 2-dək davam edəcək.

Miq.Az-ın xəbərinə görə, bu, Baş Nazir Əli Əsədovun imzaladığı "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarda göstərilib.

Noyabrın 2-dən sonra tədrisin təşkili ilə bağlı yeni qərar olacaq. Bu, ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az