“Dəyanət Rzayev ikinci dəfə ailə qurmağa hazırlaşırdı” - Yaxınları
Psixoterapevt Dəyanət Rzayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunda ekspertizadan keçirildikdən sonra yuyulmaq üçün məscidə aparılıb
Miq.az-ın "Report"a istinadən xəbərinə görə, ekspertizanın yekun nəticəsi 10 gündən sonra məlum olacaq.
Yaxınlarının dediyinə görə, D.Rzayev həyat yoldaşından rəsmi qaydada ayrılıb. Onların bu nikahdan 2 övladı var.
"O, ikinci dəfə ailə qurmağa hazırlaşırdı" - deyə, yaxınlarından biri bildirib.
Xatırladaq ki, psixoterapevt Dəyanət Rzayev ötən gecə yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb
Miq.az