DİN-dən Sumqayıtda yanan qızla bağlı AÇIQLAMA

DİN-dən Sumqayıtda yanan qızla bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt sakininin qaçırdığı qızı və özünü yandırması faktı ilə bağlı məlumat yayıb.

Vətəninfo.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobilə oturdaraq Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.

M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az