DİN-in idarə rəisi həbs edildi: evindən milyardlar çıxdı
Rusiya DİN-in Antikorrupsiya İdarəsinin rəsi müavini Dmitri Zaxarçenko 7 milyon rubl rüşvət alarkən yaxalanıb.
Axar.az RİA-ya istinadla xəbər verir ki, həbs edilərkən onun üzərindən 20 milyon rubl götürülüb.
Zaxarçenkoya qarşı rüşvət ittihamı ilə sentyabrın 9-da cinayət işi qaldırılıb.
Mənbənin sözlərinə görə, Zaxarçenkonun evindən götürülən pulu bütün gün ərzində saymalı olublar: "Zaxarçenkonun evindən müsadirə edələn vəsaitin rubl ekvivalenti milyardlarla hesablanır”.
Miq.az