Diqqət! Bu çimərliklərdə çimmək təhlükəlidir

Diqqət! Bu çimərliklərdə çimmək təhlükəlidir
Götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur

"Dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub".
Miq.az  xəbər verir ki, bu barədə  Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov məlumat verib.

Onun sözlərinə görə, yerdə qalan çimərliklərdə dəniz suyu standartlara cavab verir: "İki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır".

Beləliklə, adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, monitorinqlərə may ayının 16-dan başlanılıb. Monitorinqləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə keçirib. //Report
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az