"Donbasdakı vəziyyət Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri kimi "dondurulmuş münaqişə” vəziyyətinə gətiriləcək".
Vətəninfo.az-ın APA-ya istinadla xəbərinə görə, bunu Ukraynanın sabiq prezidenti, üçtərəfli təmas qrupunun ukraynalı həmsədri Leonid Kuçma deyib.
"Görün, müxtəlif səviyyələrdə nə qədər komissiyalar yaradılıb. Nə olsun? Heç olmazsa, bircə problem həll olunubmu? Xeyr. Problemin həlli istiqamətində, tunelin sonunda, bir işıq görünürmü? Xeyr. Gürcüstan, Moldova və Azərbaycanda olan bu problemlərin belə vəziyyətdə qalması, sanki, dünyanı qane edir. Getdikcə Ukraynadakı hadisələr beynəlxalq ictimaiyyətdə daha az səslənir. Avropa KİV-lərində Ukraynada baş verən hadisələr, demək olar ki, daha işıqlandırılmır”, deyə o qeyd edib.
Ukraynanın Donbasdakı vəziyyətin "dondurulmuş münaqişə” vəziyyətinə
gətirilməsini qəbul edib-etməyəcəyinə dair sula cavabında Kuçma hazırda
baş verənlərin məhz münaqişənin dondurulmasına doğru getdiyini
vurğulayıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?