DTX-nin saxladığı Musa Şəkiliyev kimdir? – DOSYE

DTX-nin saxladığı Musa Şəkiliyev kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib. Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb. Hazırda onlar Bakıya gətirilir.

 

Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu başa vurud.

 

Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib.

 

Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var

 

Qeyd edək ki, Musa Şəkiliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə və Qaxın keçmiş, Zaqatalanın hazırkı icra başçısı Mübariz Əhmədzadənin xalası oğludur.
 
****
 
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində başçıdan əlavə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.

Qeyd edək ki, o bu vəzifəyə 2010-cu ildə təyin olunub.

***

Əldə etdiyimiz məlumata görə, icra başçısı ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az