Vətəninfo.az xəbər verir ki, mayın 8-dən start götürən mayın 10-da başa çatdı. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə Həsr Olunmuş Atçılıq İdmanının Konkur Növü Üzrə CSI3* kateqoriyalı Beynəlxalq Turnirində
25-ə yaxın idmançı və 65-ə yaxın at iştirak etdı. Türkiyə, Bolqarıstan, Rusiya və İrandan dəvət olunan hakimlər kollegiyasının nəzarəti ilə 168 min ABŞ dollarını Azərbaycan çaparı Camal Rəhimov qazandı. Ona bu mükafatl qazandlran isə Devid adlı at oldu.
Göyə açılan atəşlər gecəyə xüsusi rəng qatdı.Qələbə atəşfəşanlıqla qeyd olundu. Final günü keçirilən turnirdə fasilə zamanı Ada rok qrupu,sonda isə məşhur BoneyM çıxış etdı.
ARAF-ın təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən “Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində çıxış edən əfsanəvi qrupun çıxışı tamaşaçıların böyük rəğbətinə səbəb oldu.Qrup səhnəyə çıxar-çıxmaz hər kəs ayağa qalxdı.
BoneyM-in sevilən musiqilərinin sədası altında hər kəs rəqs edirdi. Ən maraqlı nüans isə gənc tamaşaçılar ilə birgə orta və yaşlı nəslin nümayyəndələrinin də rəqsə qoşulması idi. BoneyM-in repertuarındakı papulyar mahnıları tamaşaçılar da onlar ilə bahəm ifa edirdi. Bir-birindən maraqlı performanslar göstərən qrup bir daha tamaşaçıların qəlbində taxt saldı.
Liz Mitchel az yaşlı uşaqları səhnəyə dəvət edib,onlarla ilə birgə rəqs etdi. Qrupun bir çox üzləri yenilənsə də,zaman-zaman biri digərini əvəz etsə də BoneyM öz əfasanəvi adını qoruya bildi. Heç bir dəyişiklik qrupun adına xələl gətirmədi. Qrupun aparıcı üzvü 62 yaşlı Liz Mitcheldən bunun səbəbini sorduqda, cavabı çox sadə oldu : “Tamaşaçı sevgisi. Çünki onların sevgisi olmasa, biz də ola bilmırik. Bizə stimul verən onların alqışlarıdır. Bizimlə birgə rəqs etmələri, bizimlə birgə oxumalarıdır.”
10 may isə turnirin bağlanışında Almaz Ələsgərova çıxış edərək,tamaşaçılara
bayram konserti verdi.
Nəzərinizə çatdırq ki, üç gün keçirilən bu möhtəşəm tədbirin bədii rəhbəri respublikanın əməkdar incəsənət xadimi Gövhər Həsənzadədir.Gövhər xanım həmçınin Atçılıq Federasiyasının üzvüdür.Federasiya ilə əlaqədar bütün tədbirlərin ədəbi-bədii hissəsinin təşkilatçılığı Gövhər xanıma aiddir.
Üç gün keçirilən bu möhtəşəm tədbirdə Gövhər Həsənzadə imzası yenə özünü yüksək peşəkarlıqla göstərdi.
Vətəninfo.az