Dünyanın ən yaşlı əkizləri

Dünyanın ən yaşlı əkizləri

Bu il ömürlərinin102-ci ilini yaşayan Pierre və Paul Langerock avqustun 18-də dünyanın ən yaşlı əkizləri olaraq Ginnessin rekordlar kitabına düşüblər.

AZƏRTAC Türkiyənin www.sabah.com.tr saytına istinadla xəbər verir ki, 1913-cü il iyulun 8-də dünyaya göz açan əkizlər bütün həyatlarını ailə qurmadan birlikdə keçiriblər. Əkizlər seçdikləri xanımlarla evlənmək üçün bir-birlərinə razılıq vermədiklərinə görə ömür boyu subay qalıblar. Belçikanın Şərqi Flandre bölgəsinin mərkəzi olan Gent şəhərində yaşayan Langerock qardaşları hüquq sahəsi üzrə uzun bir karyera yolu keçiblər. Paul deyib: "85 yaşımızda həkimə getdik. O bizə 100 yaşadək yaşamağı gözləməməyi məsləhət görmüşdü. Həqiqətən bu qədər yaşlı olmağı istəməzdim”.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az