Dünyaya Çin qədər ziyan vuran başqa ölkə yoxdur – ABŞ

Dünyaya Çin qədər ziyan vuran başqa ölkə yoxdur – ABŞ

Yeni tip koronavirusun ortaya çıxdığı Çinin Uhan şəhərindəki laboratoriyalarda araşdırma başladılmalıdır.

Miq.Az xəbər verir ki, bunu ABŞ-da Respublikaçı senator Lindsi Qrehem ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Uhandakı yarasa, meymun və digər ekzotik heyvanların satıldığı bazarlar bağlanmalıdır:

"Çin indiki mövqeyini nümayiş etdirməyə davam edərsə, bu ölkəyə qarşı sanksiyalar tətbiq olunmalıdır. Avropa Birliyi Çinə qarşı zəif mövqe sərgiləyir və heç bir tədbir görmür. Ancaq ABŞ bu mövzuda müəyyən tədbirlər görə bilər. Uhandakı laboratoriyada araşdırma aparılmayana qədər, Çinə qarşı bir sıra məhdudiyyətlər tətbiq edilməlidir. Çin ABŞ iqtisadiyyatına çox böyük ziyan vurub. Tarixdə dünyaya bu qədər ziyan vuran başqa bir ölkə yoxdur”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az