Düşmən bir əsgərimizi vurdu-Cəbhədə iki aylıq sükutdan sonra ilk qan töküldü

Düşmən bir əsgərimizi vurdu-Cəbhədə iki aylıq sükutdan sonra ilk qan töküldü

Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində Azərbaycan əsgəri şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Xatırladaq ki, təxminən iki ay ərzində təmas xəttində əsasən sakitlik hökm sürürdü və heç bir ciddi insident qeydə alınmırdı. Lakin iki aylıq sükutdan sonra Ermənistan ilk qanı tökdü və indi təmas xəttində vəziyyətin necə inkişaf edəcəyini izləmək lazımdır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az