Düşmən ordusu ərazilərimizi top atəşinə tutdu

Düşmən ordusu ərazilərimizi top atəşinə tutdu

Gecə saatlarında cəbhədə vəziyyət gərginləşib

Bu gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi yenidən pozublar. 

Gecə saatlarında cəbhədə vəzıyyət gərgınləşib. Ermənistan silahlı birləşmələri cəbhə yanı kəndləri atəşə tutub. 

Aprel ayının əvvəlində başlayan 4 günlük hərbi əməliyyatlardan sonra cəbhədə ağır artilleriya silahlarının səsləri bir müddət eşidilməsə də, dünən bu sükut pozulub. Belə ki, düşmən ordusu dünən günün ikinci yarısı Tapqaraqoyunlu kəndini ağır arileriya silahlarından atəşə tutub. Qarşı tərəf Azərbaycan Ordusunun cavab atəşindən sonra susdurulub.

Dünən gecə saatlarında cəbhəboyu fəallaşan düşmən ordusu  Tərtərin cəbhə xəttinə yaxın yerləşən Qapanlı kəndini gülləbaran edib. Hətta Tərtərin digər yaşayış məntəqələri də iriçaplı pulemyotlarla yanaşı ağır silahlardan atəşə tutulub. 

Miq.az-a daxil olan məlumata görə, Müzəffər adlı Tərtər sakininin də həyətyanı sahəsinə top mərmisi düşüb. Azərbaycan Ordusu və mülki əhalimiz arasında itkimiz yoxdur. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az