Dövlət Dumasının rəsmisi: "Qarabağ və ətraf 7 rayon Azərbaycana qaytarılmalıdır"

Dövlət Dumasının rəsmisi:

"Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hər hansı şərt olmadan Azərbaycana qaytarılmalıdır".

"Report" xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması komitəsi sədrinin müavini Dmitri Savelyev bildirib.

O, qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya münaqişənin həllində maraqlıdır.

"Ermənistanın blokadada olması məhz Dağlıq Qarabağ münaqişəsi ilə şərtlənib. Buna görə ölkəni dərin iqtisadi böhran bürüdü. Ancaq təəssüf ki, Ermənistan hakimiyyəti hələlik bunu başa düşmür", - deyə rusiyalı deputat bildirib.

Savelyevin sözlərinə görə, Rusiyada Ermənistanın yeni hökumətinin dəyişkən siyasətini anlayırlar və məyusdurlar. Moskva Bakının simasında etibarlı müttəfiqini görür.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az