Dövlət Komersiya Sığorta şirkətindən- Prezidentə ŞİKAYƏT

Dövlət Komersiya Sığorta şirkətindən- Prezidentə ŞİKAYƏT

Xocalı rayonundan məcburi köçkün, mərhum Novruzov Əsəddin Curu oğlunun həyat yoldaşı Novruzova Şamaxı Təhməz qızı tərəfindən Miq.Az-a daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.
 
SÜRƏTİ:

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRİ.
CƏNAB FİKRƏT MƏMMƏDOVA

ALİ MƏHKƏMƏNİN SƏDRİ.
CƏNAB RAMİZ RZAYEVƏ

BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİNİN SƏDRİNƏ

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SIĞORTA KOMMERSİYA ŞİRKƏTİNİN SƏDRİ
CƏNAB MƏMMƏD MƏMMƏDOVA.

Xoçalı rayonundan məcburi köçkün, mərhum Novruzov Əsəddin Curu oğlunun həyat yoldaşı Novruzova Şamaxı Təhməz qızı tərəfindən.

Ə r i z ə

Hörmətli Cənab Prezident!
Bildirmək istəyirəm ki, həyat yoldaşım 12 mart 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Lakin dəfələrlə Dövlət Komersiya Sığorta şirkətindən mərhum həyat yoldaşımın varisi kimi mənə 11000 manat sığorta ödənişi edilməsi barədə müraciətimə baxılmamışdır. Sonda məcbur qalıb Binəqədi rayon Məhkəməsinə müraciət etdim. 03 aprel 2014-cü il tarixdə Binəqədi rayon Məhkəməsi Qətnamə qəbul etdu ki, 11000 manat Dövlət Komersiya Sığorta şirkəti tərəfindən sığorta ödənişi verilsin və Qətnamə qanuni qüvvəsini almışdır. Ancaq Azərbaycan Respublikası adından çıxarılan qətnaməni Dövlət Komersiya Sığorta şirkəti icra etmir, dövlətimizin qanunlarının aliliyinə şübhə ilə yanaşır və şəhidin qan pulunu ailəsinə verilməsində maneçiliklər törədir.

Hörmətli Cənab Prezident!
Sizdən xahiş edirəm ki, mərhum həyat yoldaşım Novruzov Əsəddin Curu oğluna Azərbaycan Respublikası ərazisinin bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyini, şəhid olmasını, Binəqədi rayon Məhkəməsinin mənim xeyrimə Azərbaycan Respublikası adından çıxardığı Qətnaməsini nəzərə alaraq, mənə Dövlət Komersiya Sığorta şirkətindən 11000 manat sığorta ödənişin verilməsinə göstəriş verəsiniz.



 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az