Dövlət Komissiyasından əsir düşən şəxslə bağlı AÇIQLAMA

Dövlət Komissiyasından əsir düşən şəxslə bağlı AÇIQLAMA
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılmışdır və zəruri tədbirlər görülür.
Miq.az  xəbər verir ki, bu barədə Trend-ə Dövlət Komissiyasından məlumat verilib.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az