DYP-də rüşvət dəyirmanı əvvəlkindən də sürətli fırlanır!..
Bütün nazirliklərə, idarə və təşkilatlara prezident səviyyəsində vətəndaşlarla rəftara diqqətin çox şəffaf olması ilə bağlı nə qədər tapşırıqlar verilsə də, bəzən bütün bunlar bəzi məmurlar tərəfindən qulaqardına vurulur. Və belə olan halda uçruma yuvarlanan məmur-vətəndaş münasibətləri də demokratik prinsiplərlə idarə olunan ölkəmizin imicinə xələl gətirir. Həm xaricdə, həm də daxildə. Bütün bunlara baxmayaraq, vətəndaşlara qarşı bürokratik əngəllər hələ də davam edir, həm də ifrat dərəcədə... Dövlət Yol Polisində olan özbaşınalıqlar isə artıq çoxdan həddini keçib. Bu idarədən redaksiyamıza daxil olan şikayətlər kifayət qədərdir.
Dünən Miq.az-a daxil olan şikayət məktubu da DYP-nin və bu idarədə çalışanların qeyri-qanuni əməllərindən bəhs edilir.
Miq.az saytına jurnalist Vüsal Rzazadə tərəfindən daxil olan şikayət məktubunu olduğu kimi sizə təqdim edirik:
"Bir adamın varlanmagı, yaxud vəziyyətinin yaxşı olması ilə kefinin kök olacagına inanmıram. Səhralıqda tək agac dayanmaz, göyçəmənlik, bağ-bağat olmalıdır. Umumi vəziyyət yaxşı olmalıdır, dövriyyə, alıcılıq qabiliyyəti yüksəlməlidir ki, hamının vəziyyəti yaxşı olsun! Bunun üçün isə büdcə artmalıdır. Budcə verginin, rusumların və s. hesabına artır. Rüsumların və vergilərin artması üçün də rüşvət, korrupsiya azalmalı, yıgışmalıdır ki, vətəndaşın ödədiyi rüsum, vergi budcəyə getsin. Yaxud başqa sözlə, vətəndaşı soymamalıdırlar, rüşvət istəməməlidirlər ki, vətəndaş vergi, rüsum ödəmək imkaninda olsun! Bundan da başqa dövlətin rüsumlu təkliflərindən sərbəst istifadə edə bilsin! Son bir neçə müddətdir ki, prezident bu məsələ ilə bağlı ciddi həyəcan təbili çalır. Məmurları xalqa xidmət eləməyə, şəffaf işləməyə çağırır ki, bu məsələlər yerini ala bilsin, bohran aradan qalxsın. TV kanallarını diqqətlə izləsək, onların da sistemli şəkildə prezidentə dəstək vermələrini, indiyədək demədiklərini, qabartmadıqlarını efirə çixarmalarının şahidi olarıq! Ancaq çox təssuflər olsun ki, bəzi məmurlar belə düşünmürlər. Öz ciblərini güdməkdə davam edirlər. Vəziyyətin gərginləşdiyini gördükcə daha da darqursaq olur, azğınlaşır, elədiklərini bir az da artıq eləməyə çalışırlar.
Bu adamlar prezidentin, dövlətin və nəhayət xalqın düşmənləridir!
Dövlətin büdcəsinə pul gələn sahələrdən biri də DYP sistemidir. Bu sistemdə cərimələrdən başqa avtomobillərin qeydiyyatı, dövlət nömrə nişanlarının verilməsi zamanı ödənən rüsumlar əhəmiyyətli məbləğlər sayıla bilər. Bəzi nömrələr var ki, adi görünsə də 500, 1000, 1500, 2500 rüsum tələb edir.
Bu gün Respublika DYP-də oldum!
Dövlət üçün cüzi məbləğə başa gələn, lakin 1000 manat rüsumu olan nömrələrdən birini, "600" nömrəsini almaq üçun müraciət elədim. Müraciətimdən sonra ötür-ötür başlandı. Bu müddət ərzində nələr gördum, nələr!
DYP-nin rüşvət dəyirmanı əvvəlkindən də güclü fırlanır!
Məni düz axşama qədər DYP-də ləngidəndən sonra anlatdılar ki, o nömrələri 3000 manata "satır"lar.
Yəni, dövlətə 1000, Müşfiqə 2000!
Müşfiq dövlətdən üstün imiş! Həm də iki qat artıq!
Bu o deməkdir ki, 10 milyonluq xalqa 1000, tək Müşfiqə 2000. Bu o deməkdir ki, Azərbaycan boyda dövlətin büdcəsinə 1000, Müşfiqin cibinə 2000!
Bu adam dövlətin büdcəsinə 1000 manat pul ötürməyimə imkan vermədi!
Bu adam xalqı saymır!
Bu adamın dövlət vecinə deyil!
Bu adam dar vəziyyətdə də cibini düşünür!
Bu adamın heç prezident də vecinə deyil!
Bu adam prezidenti eşitmir!
Bu adam xalıqn, dövlətin, millətin, prezidentin düşmənidir!
Həm də bu adam hələ görünən fiqurdur! O boyda pulu tək yeyə bilməz! Gündə N qədər rüşvət yığılır DYP-də!
Gündə N qədər pul oğurlanır!
Xalqdan!
Büdcədən!
Dövlətdən!"
Qarşı tərəfi də dinləməyə hazırıq.
Miq.az