Zaqatala rayonunda "Təmiz Hava" aylığı çərçivəsində reyd keçirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) böləməsinin keçirdiyi yoxlamalar zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.
Reydin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsiə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.
Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu yazılıb. DYP əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq, bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb. Reyd zamanı 50-a yaxın avtomobil saxlanılıb. Saxlanılan avtomobillərdə, normadan artıq dəm qazı olan 15-dən artıq avtomobilin sürücüsünə inzibati protokollar yazılıb.

“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür