Döyüş meydanında şəhid olan əsgərlərimiz- ÜRƏKDAĞLAYAN kadrlar – VİDEO

Döyüş meydanında şəhid olan əsgərlərimiz- ÜRƏKDAĞLAYAN kadrlar – VİDEO

Əl-ələ tutub şəhidlik zirvəsinə yüksəldilər – Şəhidlərimizin son an görüntüləri

Ermənistan Müdafiə Nazirliyi cəbhədə hərbi toqquşma zamanı şəhid olan Azərbaycan hərbçilərinin cənazələrini özündə əks etdirən videotəsvirlər yayımlayıb. Təsvirlərdən görünür ki, çəkiliş uzaq məsafədən aparılıb.

Miq.Az Azərbaycan24-ə istinadla xəbər verir ki, şəhidlərimizin düzənlikdə sərilmiş cansız bədənləri ürəkparçalayan mənzərəyə yol açıb. Xüsusən iki şəhidimiz əl-ələ tutmuş vəziyyətdə olan nəşləri igidlərimizin son anda belə birlik, əzm və inamı itirmədiyinin acı təsvirlərini göz önünə sərib.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından artıq götürülüb.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Təsvirlərin düşmən ölkə tərəfindən yayımlandığını bir daha xatırladaraq həmin görüntüləri təqdim edirik:
[video=http:// ]
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az