Döyüşçümüz rəqibini ölümdən xilas etdi - Video

Döyüşçümüz rəqibini ölümdən xilas etdi - Video

İdmançının bu hərəkəti rəğbətlə qarşılandı.

Azərbaycanlı idmançı rinqdə rəqibini ölümdən xilas edib. Anspress-in məlumatına görə, qarşılaşma Ukraynada keçirilib. Azərbaycanlı qaydasız döyüşçü Bəxtiyar Arzumanov rəqibi Yuri Gamalini ölümdən xilas edib. Döyüşdə idmançımız rəqibinə qarşı boğucu fənd tətbiq edib. Döyüşü qələbə ilə başa vuran idmançımız sonda rəqibinin huşunu itirdiyini görüb. Bunu görən B. Arzumanov Y. Gamalinin dilini tutub və özünə gəlməsinə kömək edib.

Döyüşçünün bu jesti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bəxtiyar Arzumanovun bu alicənab hərəkəti indiyədək sosial şəbəkələrdə müzakirə olunur.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az