Çeçen-azərbaycanlı davasının səbəbkarı Moskvadan qaçdı

Çeçen-azərbaycanlı davasının səbəbkarı Moskvadan qaçdı

Moskvadakı "Neolit” restoranında çeçenlərlə azərbaycanlılar arasında davaya səbəb olan erməni Harnik Vardanyan təhlükəsizliyi ilə bağlı təhdidlər olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Rusiya mətbuatının yazdığına görə, İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasovun pasport məlumatlarını nümayiş etdirdiyi erməni Harnik Vardanyan təhdidlərlə bağlı açıqlamadan sonra Moskvadan qaçıb.

"Harnik Vardanyan Moskvanın "Neolit” restoranında baş verən kütləvi davanın şübhəliləri arasında yer almır. Hazırda şəxsi təhlükəsizliyindən ehtiyat etdiyinə görə, müvəqqəti olaraq Moskvada deyil və işə gəlmir”, - Rusiya Erməniləri Birliyinin nümayəndəsi David Tonoyan bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az