Ehtiyatda olan hərbçidən Mehriban Əliyevaya-ŞİKAYƏT

Ehtiyatda olan hərbçidən Mehriban Əliyevaya-ŞİKAYƏT

Sabirabad rayonu, Qardaşkənd kəndində yaşayan ehtiyyatda olan MAXE çavuş Səfərov Mahur Rüstəm oğlu, Azərbaycan Respublikasının birinci Vitse prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Miq.Az saytına göndərilmiş həmin müraciəti olduğu kimi təqdim edirik:
 
Ərizə
 
Çox hörmətli Mehriban xanım! Bir ildir müraciətimə baxılmır. Yazıb Sizdən xahiş edirəm ki, mənə hərbi xidmətdə olduğum dövrdə istifadə etmədiyim növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi haqqında tapşırıq verəsiniz.

Bildirirəm ki, 2007-ci ilin yanvar ayından 2008-ci ilin mart ayınadək N saylı hərbi hissədə, 2008-ci ilin mart ayından 2014-cü ilin yanvar ayınadək N saylı hərbi hissədə, 2014-cü ilin yanvar ayından 2016-cı ilin iyun ayınadək N saylı hərbi hissədə xidmət etmişəm. 2016-cı ilin iyun ayından hal-hazıradək ehtiyyatdayam.
Xidmətimin çox hissəsini düşmənlə həmsərhəd ərazidə keçirmişəm, məzuniyyət pulum hesablanıb, ancaq ödənilmir.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az