2017-ci il iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələrinin Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutumasınəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olması, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının isə ağır yaralanması ilə bağlı " Ekoloji İnformasiya " İB-nin
B Ə Y A N A T I
Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər.
Qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutublar. Atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar baş verib, kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Quliyeva Sahibə İdris qızı qətlə yetirilib, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Münaqişə zonasına yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər. Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin baş verməsinə gətirib çıxarır. BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsi, eləcə də münaqişənin nizamlanması üzrə sülh danışıqlarını bilavasitə təşkil edən ATƏT-in Minsk qrupunun problemə ikili standartlar prizmasından yanaşması atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yardır.
Ermənistan hərbi rəhbərliyinin işğal altında saxladığı ərazilərdə ətraf mühitə amansız yaralar vurulur, meşələr amansızcasına talanır, qiymətli ağac növlərinin məhvi həyata keçirilir. Ermənilərin vaxtaşırı törətdiyi yanğınlar nəticəsində flora və fauna kimi başa düşülən canlılar aləmi bütünlüklə ekoloji terrora məruz qalır. Bir sözlə Ermənistanın regiondakı qeyri-insani fəaliyyəti tək Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı yönələn davranışlardır.Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq işğalçı Ermənistan durdurulmalıdır.
" Ekoloji İnformasiya " İB -yi olaraq bildiririk ki, Azərbaycana qarşı törədilən bu ağır cinayətlər Azərbaycan dövlətini və Azərbaycan Ordusunu müvafiq qaydada adekvat hərəkətlər etməyə vadar edir ki, bu da bütövlükdə regionda yeni müharibənin alovlanmasına və böyük çətinliklər hesabına əldə edilmiş qarşılıqlı əməkdaşlıq təşəbbüslərinin heçə endirilməsinə səbəb ola bilər.
Biz - Azərbaycanın " Ekoloji İnformasiya " İB -yi münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonası ətrafında uşaqları, qadınları və qocaları qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamağa, təcili şəkildə təcavüzkarla bağlı qətiyyətli tədbirlər görməyə çağırırıq.
"Ekoloji İnformasiya" İB-nin sədri: M. Muradov.