“Əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik” – Mayk Pompeo

“Əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik” – Mayk Pompeo

"ABŞ hökuməti və Amerika xalqının adından Azərbaycan xalqını və hökumətini Respublika Günü münasibətilə təbrik etməyə şadam”.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibi Mayk Pompeonun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar yaydığı bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, 2018-ci ildə müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan, ilk dəfə olaraq qadınlara bərabər siyasi hüquqların verilməsini təmin edən Azərbaycan Demokratik Respublikasının yaranmasından 100 il ötür.

"1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olub. Uzunmüddətli əməkdaşlığımızın davam etdirilməsi, təhlükəsizlik, energetika və demokratik idarəçilik sahələrində əməkdaşlığımızın dərinləşdirilməsini, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunun tapılmasına sadiq qalırıq və tərəfləri intensiv danışıqları tezliklə bərpa etməyə təkidlə çağırırıq”, bəyanatda deyilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az