Eldar Mahmudovdan MESAJ: "Oğlumla işiniz olmasın"

Eldar Mahmudovdan MESAJ:
Keçmiş MTN naziri, bir çox cinayətlərdə adı hallanan Eldar Mahmudov hədə mesajları göndərib.

Miq.az musavat-a istinadən xəbər verir ki, sabiq nazir oğlunun adının cinayət işi materiallarında hallanmasından ciddi narahat olub. Bu səbəbdən də sabiq nazir müəyyən dairələrə, vaxtilə çəkişdiyi yüksək vəzifəli, hazırda əllərində geniş səlahiyyətlər olan şəxslərə "oğlumla işiniz olmasın" mesajını göndərib.

Qəzet onu da iddia edərək yazıb ki, sabiq nazirin həssas mesajına "bizi özünlə səhv salma, oğlunla işimiz ola bilməz" kimi cavab göndərilib...

Amma qəzet (Yeni Müsavat) Mahmudovun bu mesajı kimə, hansı quruma göndərdiyini açıqlamır.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az