Eldar Mahmudovun avtosalonu bağlandı - Fotolar

Eldar Mahmudovun avtosalonu bağlandı - Fotolar
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus "Avtomobil Dünyası” maşın salonu fəaliyyətini tam dayandırıb.
Vizual.az hafta.az-a istinadən xəbər verir ki, Badamdar qəsəbəsi Qurd Qapısı dairəsinə yaxın ərazidə yerləşən "Avtomobil Dünyası” adlı obyekt 2007-ci ildən fəaliyyətə başlayıbmış. Avtosalonun Eldar Mahmudova məxsus olduğu da hər kəsə məlum olub.
Burada qiyməti 300 minə yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Avtosalon ilk olaraq "Saba Crash”adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə "Crystal”, son günlərə qədər isə "Avtomobil Dünyası” adı altında işləyirdi. Obyekt təkcə avtomobil satışı ilə deyil, eyni zamanda, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdansatış mərkəzi olan "Caspian Crystal" dükanı ilə də müştərilərə xidmət göstərib.
Noyabrın 13-ü saat 23:00-dan etibarən salon boşaldılıb. 100-dən çox bahalı maşın naməlum istiqamətə aparılıb. Daşınmanın şahidi olan şəxslərin sözlərinə görə, salonun önünə xeyli sayda bir neçə maşını eyni anda daşıya biləcək evakuatorlar gətirilib. Maşınlar bu evakuatorlara yüklənərək aparılıb.
Sayt avtosalonun xidmət göstərdiyi vaxt və indiki vəziyyətini əks etdirən fotolarını da yayıb:
 
 
 
  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az