Əli Əhmədov İCAPP Qadınlar Qolunun 3-cü iclasının iştirakçıları ilə görüşüb

Əli Əhmədov İCAPP Qadınlar Qolunun 3-cü iclasının iştirakçıları ilə görüşüb
Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclasının iştirakçılarını qəbul edib.
Ə. Əhmədov qeyd edib ki, iclasda qəbul edilən qərarlar üzv ölkələrin hər birinə öz müsbət təsirini göstərəcək: "İclasın nəticələri onun gələcək fəaliyyəti üçün əsas olacaq. Asiya qitəsi, Şərq ölkələri bu məsələyə xüsusi həssaslıqla yanaşırlar”.

 Müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verildiyini nəzərə çatdıran Ə. Əhmədov, bu baxımdan İCAPP-ın bu həssas mövzuda tədbirinin Bakıda keçirilməsinin təsadüf olmadığını söyləyib. O, Azərbaycanda qadın problemlərinin həlli istiqamətində görülən işlər barədə də qonaqlara məlumat verib.

 İCAPP daimi komitəsinin həmsədri və qurumun baş katibi Çunq Eui-yonq isə təşkilata verdiyi dəstəyə görə prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib. Bakı iclasının bir çox önəmli məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını vurğulayan baş katib İCAPP-ın Qadınlar Qolunun fəaliyyəti barədə ətraflı danışıb.

 Türkiyənin Ədalət və İnkişaf Partiyası Qadın Qolunun sədr müavini Məryəm Göka, Nepal parlamentinin üzvü Sucata Koirala və başqaları Azərbaycanda gedən inkişaf prosesinin şahidi olduqlarını, bunun onlarda xoş təəssürat yaradığını, paytaxt Bakının möhtəşəmliyinə heyran qaldıqlarını vurğulayıblar.

APA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az