Söhbət 1992-ci ilin avqust ayında həyata keçirilən "Şirnuxu” əməliyyatından gedir. Videoya münasibət bildirən keçmiş döyüşcü, Qarabağ müharibəsi qazisi Sadiq Paşayev (görüntülərdə var) qeyd etdi ki, bu əməliyyatın təşkil olunmasında məqsəd Qafan-Gorus trasında yerləşən Şirnuxu kəndində toplanmış erməni silahlı birləşmələrini məhv etmək idi.
Sadiq Paşayev: "Biz bu iki rayonun arasındakı yolu kəsib, əlaqəyə girmələrinə mane olurduq. Orada ermənilərin 100 nəfərdən çox canlı qüvvəsi toplanmışdı. Bizdə isə, iki qrup idi – bir bölük və bir tağım, təxminən 40-45 nəfər. Əməliyyat bir gün çəkdi və düşmən 80-dən çox canlı qüvvə və bir neçə texnika itirdi. Həmçinin bizim uşaqlar Gorusdan yardıma gələn maşını da pusquya salaraq, məhv etdi. Bizim itkimiz olmadı, sadəcə bir-iki yüngül yaralı oldu. Bu görüntülər əməliyyatdan bir hissədir. O vaxt Bakıdan gələn çəkiliş qrupu bu anları lentə almışdı. Həmin illər biz tez-tez hərbi əməliyyatlar keçirirdik. Eyni zamanda düşmənin həmlələrini də dəf edirdik. Bu əməliyyatdan biraz sonra, Əliyar Əliyev şəhid oldu. Bu döyüşlər haqda çox danışmaq olar. Qismət olsa, daha geniş şəkildə söhbət edərik. Təşəkkürlər.”/karabakh-wp.com

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?