ELMAN RÜSTƏMOV NEFTÇALADA ARXA QAPIDAN QAÇIB – İzdihamla qarşılaşıb

ELMAN RÜSTƏMOV NEFTÇALADA ARXA QAPIDAN QAÇIB – İzdihamla qarşılaşıb

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun Nefçtalada vətəndaşlarla görüşü barədə azadlıq.info-ya maraqlı məlumat daxil olub. Qeyd edək ki, görüş bir neçə gün əvvəl rayondakı Heydər Əliyev Mərkəzində keçirilib. Məlumatda bildirilir ki, vətəndaşlarlın qəbulu günorta saatlarına salınıb.

Elman Rüstəmovun qəbuluna gözlənildiyindən çox adam gəlib. Baş bankirlə görüşmək istəyən vətəndaşların əsas problemi isə kreditlər və maaşlarla bağlı olub. Bildirilir ki, Elman Rüstəmov Heydər Əliyev Mərkəzinin qarşısında izdiham yaşandığını görüb, görüşü vaxtından əvvəl bitirib. Vətəndaşlara görüşün başa çatdığı elan edilsə də, onlar baş bankirlə görüşməkdə israr ediblər. Elman Rüstəmov da məcburiyyət qarşısında qalaraq binanı arxa qapıdan tərk edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az