Elxan Süleymanov AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı

Elxan Süleymanov AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib.

Miq.az APA-ya istinadla xəbər verir ki, heyətdən çıxarılan üç nəfərin yerinə təyin olunan digər parlamentarilər Ülviyyə Ağayeva və Asim Mollazadədir. 
Xatırladaq ki, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Boşalan üç yerdən birinə daha əvvəl Elşad Həsənovun təyin edildiyi məlum olmuşdu. Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:
Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az