Elza Seyidcahan: "Ayıb deyil?!"

Elza Seyidcahan:

Azərbaycanın müğənnisi Elza Seyidcahan jurnalistlərdən şikayətləndi. O, media nümayəndələrini barəsində məlumatları şouya çevirilməkdə ittiham edib.

ANS-ə açıqlama verən müğənni siyasətini şoulaşdıranlara bərabər duet oxumağı təklif edib:

"Bir neçə gün öncə Ankarada nəhəng bir lahiyə ilə bağlı razılıq əldə etmişik. Çox heyfslənirəm ki, bəzi saytlar bunu "Ankara sərgüzəşti” adlandıraraq şouya çevirdilər. Onların mənim dağ boyda sənətimin fəlsəfəsinə varmağa cəsarətləri çatmır. Bunun üçün də şou, ucuz reytinq yaratmağa çalışırlar.

Nəyə görə axı siyasəti şouya çevirirsiniz ? Ayıb deyil? Məyər vətəninə, xalqıma , dövlətimə, partiyama xidmət etmək istəyirəm deyənləri cəzalandırırlar? Niye bu qədər dar düşünür bəziləri? Mən sizə tövsiyə edirəm ki, gəlin mənimlə bir duet oxuyun, sonra əlinizi qoyun qulağınızın dibinə istirahət edin. Ömrünüzün axırına kimi nəinki gündəmə, hətta tarixə düşəcəksiz”.

Müğənni YAP-ın ona qarşı cəza verilməsi barədə də danışıb:

"Müstəqil Azərbaycanımda şərəfli yolda addım atdım. Millət vəkilliyinə namizədliyi irəli sürdüm və bir daha fəxr etdim ki, nə yaxşı ki, Odlar yurdu Azərbaycandanam. Başda dövlətimizin, xalqımızın mərhəmətini özümə qarşı görəndə kövrəldim.

Sənətçi ikinci dəfə də parlament seçkilərində namizədliyini irəli sürəcəyini deyib:

"Elza artıq alnı açıq, üzü ağ bu şərəfli işini də həyata keçirdi. Həyatıma, sənətimə davam edirəm. Növbəti seçkilərdə də YAP-ın dəstəyi və rızası ilə namizədliyimi irəli sürəcəm. YAP ağıllı övladlarını cəzalandırmır. Ağı qaradan, pisi yaxşıdan ayırırlar".

Bir neçə gün öncə Elza Seyidcahan Türkiyənin paytaxtı Ankarada Qazağıstan səfirliyində "Arazat Meydanı” kitabının təqdimatında iştirak edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az