Elzaya efirdə şeir oxumaq qadağan edildi

Elzaya efirdə şeir oxumaq qadağan edildi
Azərbaycanın əməkdar artisti Elza Seyidcahana efirdə şeir oxumağı qadağan ediblər. 
Vizual.az xəbər verir ki, bu barədə Elza Seyidcahan özü Xəzər TV-də efirə gedən "Hər şey daxil" verilişində məlumat verib.
"Bilirsiz ki, mən şeir yazıram və məndən xahiş edəndə onu televerilişlərin efirində də oxuyuram. Amma oğlum mənə efirdə şeir oxumağı qadağan edib. Mən ona söz vermişəm ki, bir də bunu etməyəcəm. Mənim şeirlərim çap formasında çıxacaq. Bütün pərəstişkarlarım o şeirləri oxuya biləcəklər. Özü də buna tələbat var".
Elza Seyidcahanın şeirləri daha çox sosial şəbəkələrdə reytinq toplayır və populyarlıq qazanır. Onun "Mat qalmışam" və "Bığ" şeirləri sosial şəbəkələrdə böyük rezonans doğurub./Sputnik 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az