Əməkdar artist oğlundan imtina etdi- FOTO

Əməkdar artist oğlundan imtina etdi- FOTO
Əməkdar artistin oğlu həbs olundu: atası oğulluqdan çıxartdı 
 
Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən saxlanılıb. Əməkdar artist anspress-ə danışaraq oğlunun saxlanılmasını təsdiqləyib. 
Rəhman Rəhmaov oğlu ilə yaşamadığını deyib. "O adam məni maraqlandırmır. 1 aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!” . 
 

Əlavə edək ki, aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. Emil Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi.

E.Rəhmanov 2014-cü ildə ailə həyatı qurub. Müğənni restoranların birində dost-tanışını başına yığaraq, özünə toy edib. Emilin toy məclisini müğənni Zamiq idarə edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az