Emin əkizləri və Əminəni "07"də gəzdirdi (VİDEO)

Emin əkizləri və Əminəni
İfaçı üzərində Nardaran yazısı olan geyimdə olub

Rusiyada yaşayan milyonçu iş adamı Araz Ağalarovun oğlu, müğənni-bəstəkar Emin Ağalarov əkizləri və Əminə ilə maraqlı video paylaşıb. 
İstiPress-in məlumatına görə, ifaçı "İnstagram" səhifəsində paylaşdığı videoda əkiz oğulları Əli və Mikayıl, Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyevanın övladlığa götürdüyü Əminəni "VAZ 21 07" markalı avtomobildə gəzintiyə çıxarıb.
 
Emin uşaqlardan haraya getmək istədiklərini soruşur. Onlar isə "Sea Breeze” deyərək cavab verirlər.

İfaçının geyindiyi Nardaran haştaqlı geyim də diqqət çəkib. 

Xatırladaq ki, müğənni ilk maşını olduğunu dediyi "VAZ 2107" markalı maşını 2001-ci ildə alıb. O, müntəzəm olaraq bu avtomobillə gəzintilərinin foto və videosunu paylaşır.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az