Ən hazırlıqsız generala ən məsuliyyətli vəzifə -Ermənistan SQ-in Baş Qərargah rəisi
Ermənistan SQ-in Baş Qərargahının yeni təyin olunmuş rəisi Artak Davtyan 1971 il təvəlüdlüdür. Qarabağ müharibəsində iştirak edib. 1995-98 illərdə Moskvada Frunze adına Hərbi Akademiyada oxuyub. Daha sonralar Rusiya baş qərargahı akademiyası kurslarını bitirib. Ermənistan baş qərargahının əməliyat idarəsinin rəisi vəzifəsində xidmət edib. 2017 ilin sentyabrında Ermənistan SQ-in 5-ci korpusunun komandiri vəzifəsinə təyin olunub. Bu günlərdə Paşinyanın təqdimatı ilə prezident Sarkisyan tərəfindən baş qərargah rəisi təyin olunub.
Onu tanıyan hərbçilərdən Ermənistanın müdafiə nazirinin keçmiş müavini A.Aqabekyan öz fb-səhifəsində xəbərdarlığa bənzəyən yazı paylaşıb: "Yeni baş qərargahının təyinatına münasibətimi ictimayətə bəyan etməyi özümə borc bilirəm. Artakı 1994 ildən tanıyıram. O zaman o, Meqri alayının qərargah rəisi, şücaətli kapitan idi. Onun sonrakı karyerasında böyük rolum olub.
Özümə borc bilirəm bildirim ki, ən hazırlıqsız general ən məsuliyyətli vəzifəyə təyin olunub. Səmimi narahatam”
Davtyanın karyerasında əvvəlcə BQ əməliyat idarəsinin rəisi, sonra daha aşağı vəzifəyə-korpus komandiri vəzifəsinə təyin olunması, indi isə daha yüksək vəzifəyə BQ rəisi təyinatı hərbçi dostlarımızın diqqətindən, yəqin ki, yayınmamışdı. Nəzərə alsaq ki, onu daha aşağı vəzifəyə keçmiş prezident S.Sarqsyan təyin etmişdi, Paşinyan tərəfindən daha yüksək vəzifəyə gətirilməsi siyasi intiriqa elementi daşıya bilər.
Xatırladım ki, Ermənistanın 5-ci korpusu Naxçıvan istiqamətinə cavabdehdir. Bu istiqamətdə Naxçıvan ərazisində Azərbaycan ordusu 92-ci ilin mayından neytral olan zonada mühəndis-istehkam üsulu ilə irəliləyib və böyük ərazilərə və hava məkanına müşahidə və atəş nəzarətini əldə edib. Bunlar Davtyanın 5-ci korpusa rəhbərliyinin son günlərində baş verib və bu, erməni blogerlərdə onun bu hadisələrdən sonra daha yüksək vəzifəyə təyin olunması ilə bağlı ciddi suallar doğurur.
Yazı hərbi icmalçı Nazim Bayramın statusundan götürülüb.
Miq.Az