Ərdoğan Azərbaycana hansı təkliflə gəlir?-Rusiya, yoxsa Türkiyə?

Ərdoğan Azərbaycana hansı təkliflə gəlir?-Rusiya, yoxsa Türkiyə?
Rusiyadakı MDB İnsitutunun direktor müavini, politoloq Vladimir Jarixin "Moskva-Baku” portalına müsahibəsində Azərbaycan-Rusiya münasibətləri və Ərdoğanın gözlənilən səfəri haqda danışıb. Onun fikrincə, Azərbaycan Rusiyanı hər şeydən əvvəl Ermənistanla danışıqlarda vasitəçi kimi nəzərdən keçirdiyindən bu əlaqə imkanını itirmək istəməzdi. "Mən həm ata Əliyevin, həm oğlunun təcrübəsi, müdrikliyi əsasında mühakimə yürüdürəm. Əliyevlər o dərəcədə ağıllı siyasətçilərdir ki, tamailə düzgün deyirlər və edirlər: bütün yumurtaları eyni səbətə qoymaq olmaz. Onlar çoxvektorlu siyasət aparırlar bu da uzun illərdir Azərbaycana imkan verir ki, həm Qərblə, həm Rusiya ilə əməkdaşlıq etsin.

 "Rusiyanın Azərbaycanı müttəfiq kimi itirməsi ilə bağlı artıq 20 ildir ki, hər kəs danışır, amma ortada heç nə yoxdur. İlham Əliyev öz atasının layiqli davamçısıdır. O, daima öz siyasətini balanslaşdırmağı bacarır. Ərdoğanın yaxın zamanlarda Azərbaycana baş tutacaq səfəri zamanı da o, Əliyevə nəsə təklif edə bilər. Əlbəttə, Ərdoğan istəyir ki, Azərbaycan tam olaraq Türkiyənin yanında yer alsın”.-deyə rus politoloq bildirib.

Qeyd etmək lazımdır ki, Rusiya ilə Türkiyə arasında qarşıdurma yarananda Bakı mümkün qədər münaqişə tərəflərindən məsafə saxlamağa çalışdı. Prezident İlham Əliyev bəyan etdi ki, iki ölkə arasında münasibətlərin normallaşması üçün vasitəçilik etməyə də hazırdır. Çünki Rusiya ilə Türkiyənin münasibətlərinin gərgin olması Azərbaycan üçün geosiyasi baxımdan qətiyyən məqbul deyil.

Rusiyalı politoloqun fikrincə, Ərdoğan yəqin ki, Azərbaycana nəsə təklif edəcək. Çünki istəyir ki, Azərbaycan birmənalı olaraq Türkiyənin tərəfində olsun. "Mən isə hesab edirəm ki, Azərbaycan lideri siyasətçi kimi o qədər müdrikdir ki, bütün yaxşı sözləri deyəcək, ancaq özünə seçim imkanı da qoyacaq. Və düz də edəcək”-Jarixin bildirib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az