Ərdoğan iş adamlarını xəyanətdə ittiham etdi

Ərdoğan iş adamlarını xəyanətdə ittiham etdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan vəsaitlərini ölkə xaricinə keçirməyə səy göstərən iş adamlarını "xəyanət”də ittiham edib və hökuməti bu cür addımların qarşısını almağa çağırıb.

Virtualaz.org "Reuters”ə istinadən xəbər verir ki, konkret şəxs və ölkə adı çəkmədən dövlət başçısı deyib: "Mən bəzi iş adamlarının öz aktivlərini xaricə çıxarmaq kimi cəhdləri barədə siqnalları, xəbərləri görürəm və hökuməti çağırıram ki, buna imkan verməsin, çünki bu insanlar xəyanətkardır”.

Bundan öncə KİV-lər məlumat vermişdi ki, Türkiyə prokurorluq orqanları Rza Zərrabın aktvlərinə həbs qoymağı düşünürlər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az