Ərdoğan ölüm hökmündən danışdı - “Parlamentdən gələn qərarı təsdiqləyəcəyəm”

Ərdoğan ölüm hökmündən danışdı - “Parlamentdən gələn qərarı təsdiqləyəcəyəm”

"Konstitusiya tədbiri çərçivəsində qərar qəbul etmək üçün parlamentin qərarına ehtiyac olacaq. Ona görə də liderlər birlikdə oturub müzakirə etməlidirlər, əgər qəbul etsələr, mən prezident kimi parlamentdən gələn hər hansı qərarı təsdiqləyəcəyəm”.

Bunu CNN televiziyasına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan qanunda ölüm cəzasının bərpa etməsi ilə bağlı suala cavabında deyib.

Ərdoğan bildirib ki, bir neçə günə Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı müraciət ediləcək.

Qeyd edək ki, Türkiyədə bu ilin 15 iyulunda hərbi çevrilişə cəhd olub. Cəhdin qarşısını almaq üçün meydanlarda toplaşanlar qiyamçıların cəzalandırılması üçün ölüm cəzasının bərpasını tələb edən şüarlar səsləndiriblər.

Prezident Ərdoğan buna münasibət bildirərkən, qanundan çıxarılmış ölüm cəzasının bərpa edilməsinin parlamentdə yenidən müzakirə edilməsinin mümkünlüyünü ifadə edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az