Ərdoğan: Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunmasının təməlini qoya bilərik

Ərdoğan: Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunmasının təməlini qoya bilərik

Ankara Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunmasının təməlini qoya bilər.

Miq.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı deyib.

Türkiyə Prezidenti bildirib ki, ölkəsi regionda və bütün dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək: "Türkiyə əvvəlcə atəşkəs, sonra isə sülh sazişi ilə Rusiya və Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün razılaşmanın əldə olunmasının təməlini qoya bilər. Hər iki tərəfi qane edə biləcək ədalətli sülh mümkündür”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az