Ərdoğan: "Sübut edə bilməsəniz, alçaqsınız"-3 milyard dollarlıq sərvət

Ərdoğan:
Mənim 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər. Bunu sübut edə bilməsəniz, alçaqsınız.
 
Miq.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə büdcə müzakirələri zamanı HDP-dən olan millət vəkillərinin irəli sürdükləri "Ərdoğanın 3 milyard dollarlıq sərvəti var” iddialarına münasibət bildirərkən deyib.
 
"Dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı PKK-nın köləsinə çevrilən partiya (HDP) mənsubları yenə ləyaqətimə toxundular. Hər müzakirələrdə prezidentə hücum edirlər. 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər. Mən burdan o alçaqlara demək istəyirəm ki, bu iddianızı sübut etməlisiniz. Bəralərində mənəvi təzminatla bağlı cinayət işi açılacaq. Baş nazir olduğum dövrdə də mənə qarşı belə böhtanlar atıldı. O zaman müxalifətin rəhbər şəxsinə dedim ki, sübut edə bilməsən, alçaqsan. Olmayan şey sübut edilə bilməz”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az