Ərdoğan Trampdan Rza Zərrabın azad olunmasını istəyəcək

Ərdoğan Trampdan Rza Zərrabın azad olunmasını istəyəcək
Bu barədə Türkiyə prezidenti özü məlmat verib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Reuters agentliyinə verdiyi müsahibə zamanı hazırda ABŞ-da həbsxanada yatan azərbaycan əsilli iş adamı Rza Zərrabın taleyindən danışıb.

İstiPress Türkiyə mətbuatna istinadən xəbər verir ki, Ərdoğan biznesmen Rza Zərrab və Türkiyənin "Halkbank” bankının baş direktorunun köməkçisi Mehmet Hakan Atilla ilə bağlı ona ünvanlanan suala belə cavab verib:

"May ayında ABŞ-a edəcəyim rəsmi səfər zamanı prezident Trampla bir çox məsələləri, o cümlədən, Suriya, İraq, terrorla mübarizə məsələlərini müzakirə edəcəyik. Atacağımız addımlarladan biri də Rza Zərrabla bağlı olacaq. Zərrab mənim atamın oğlu deyil, amma mənim vətəndaşımdır. Əgər bir günahı varsa, Ədliyyə Nazirliyi tərəfindən lazımı sənədlər göndəriləcək, yox əgər bir günahı yoxdursa, yalandan nələrsə uydurulursa, onda vətəndaşını qoruya bilməyən bir ölkə olarıq. Hakan bəy ("Halkbank”ın baş direktor müavini-red.) 7 dəfə ABŞ ərazisinə daxil olub, çıxıb. Ən son anda ona qarşı belə bir şeyin tətbiq edilməsi hansısa ağ niyyətdən xəbər verir. Burada FETO ilə bağlantıların olduğunu hiss edirik və görürük. Bu oyun pozulmalıdır. "Halkbank”ın vəkilləri var. Dövlət olaraq bizi bu məsələyə daxil etmək istəyənlər var. Bu məsələylə bağlı ABŞ prezidenti ilə görüşümüz olacaq. FETO liderinin 400 hektarlıq ərazidə qonaq edilməsi, həbs edilməməsi bizi düşündürür. Bütün bunları Trampın diqqətin çatdıracağam."
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az