Ərdoğanla Bayden Qarabağı müzakirə edəcək – Kalın

Ərdoğanla Bayden Qarabağı müzakirə edəcək – Kalın

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında əsas müzakirə mövzularından biri Qarabağ olacaq.

Miq.Az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

"Bizim ABŞ-la geniş əlaqələrimiz var. Liderlərin gündəmində siyasi, iqtisadi, energetika, ticarət, müdafiə sənayesi, təhlükəsizlik, terrorla mübarizə sferalarındakı əsas məsələlər olacaq. Əfqanıstan, Suriya, İraq, Qafqaz və Qarabağ, eləcə də Liviya, Aralıq dənizi və digər qlobal problemlər müzakirə ediləcək”, – deyə o bildirib.

Qeyd edək ki, liderlərin görüşü Romada oktyabrın 30-da G-20 ölkələrinin sammitində baş tutacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az