Ərəb şahzadəsi Hacıqabul sakinlərinə yarım milyon pul "atdı"

Ərəb şahzadəsi Hacıqabul sakinlərinə yarım milyon pul
Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun ov etmək üçün tez-tez Azərbaycana gəlməsi, onun Hacıqabul rayonunun Qarasu kəndində iki villa alması haqda xəbər vermişdik. 

Yerli KİV-lərdə yayılan xəbərlərə görə, ərəb milyarder Qarasu kəndində uzun illər Rusiyada yaşayan Eldəniz və Vüqar Cavadov qardaşlarına məxsus iki evi 500 min manata satın alıb. Ərəb şahzadə bu evə ara-sıra gəlir. Hazırda həmin mülkdə Rəşid əl-Məktumun dostları, qohumları yaşayır.

Miq.az AzVision.az-a istinadən xəbər verir ki,  ölkəmizə ova glən ərəb şahzadə ilə bağlı sensasion məlumat əldə olunub.

Hacıqabulun Qarasu kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, ərəb şahzadə Cavadov qardaşlarından aldıqları villaların pulunu verməkdən imtina edib. Sakinlərin sözlərinə görə, evin sahiblərindən olan Eldəniz Cavadov artıq dünyasını dəyişib.

"Ərəblər bura gələndə həmin evdə kirayə qalırdılar. Onlar 30 min manat verərək 3 aylın həmin evləri kirayə götürmüşdülər. Sonaradan ərəb şahzadə qardaşlara məxsus iki evi almaq istədiyini bildirdi. Ev sahibləri razılığa əsasən onlar 500 min manat ödəməli idilər. Tərəflər anlaşandan sonra həmin evlər ərəblərə satıldı, ərəblər evin pulunun müəyyən vaxtdan sonra veriləcəyinə dair söz verdilər. Amma söz verdikləri kimi evin pulunu vermədilər. Onlar Cavadov qardaşlarını aldatdılar”-deyə sakinlər qeyd edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az