Əri qardaşı qızıyla qaçan qadın: "Telefonuma zəng çatmasa, məni öldürüblər"

Əri qardaşı qızıyla qaçan qadın:
Həyat yoldaşının qardaşı qızıyla qaçdığını deyən Həmidə Səfərova atası evindən çıxıb.

Bu barədə əməkdaşımızla söhbətində H.Səfərova özü məlumat verib. Əməkdaşımızın "bu cür qarşılıqlı ittihamlardan sonra ora qayıtmağınız təhlükəli deyilmi" sualını Səfərova belə cavablandırıb:
"Hazırda yoldayam, Gəncəyə-evimə gedirəm. Vəziyyətim çox ağırdır, üçüncü övladımın səhhətində problemlər var. Yoldaşım ortaya çıxsın, övladlarına sahib dursun, ya da aliment ödəsin. Evdən çıxanda ailəmə də demişəm ki, telefonuma zəng çatmasa, bilin ki orada məni öldürüblər. Hər şeyə hazıram və bilirəm ki, məni öldürə də bilərlər. Ancaq aidiyyatı qurum rəhbərlərindən xahiş edirəm, aliment almağımda, digər məsələlərdə mənə yardımçı olsunlar".
Qeyd edək ki, Həmidə Səfərova əri Həsən Səfərovun ona öz qardaşı qızı Günel Səfərova ilə xəyanət etdiyini və qoşulub qaçdığını bildirmişdi. Həsən Səfərov isə həyat yoldaşının iddialarını təkzib etmiş və yoldaşının ona başqalarıyla xəyanət etdiyini iddia etmişdi. (ölkə.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az