Ərini yanında saxlamaq üçün körpəsini atdı

Ərini yanında saxlamaq üçün körpəsini atdı
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin  sığınacağına yerləşdirilən 30 yaşlı Sənubər Rzayeva (ad şərtidir- A.A) 2 aylıq körpəsindən imtina edib. 3 gün əvvəl qucağında körpəsi ilə blokda intihara cəhd edən Səbinə Rzayeva  qeyri-rəsmi nikahdan dünyaya gətirdiyi körpəsindən imtinasının səbəbəbini maddi çətinliklə əlaqələndirib. 
Uşağını 1 nömrəli internat evinə vermək istəsə də qanunvericilikdə nəzərdə tutulan prosedurları yerinə yetirmədiyindən uşağın həmin internata yerləşdirilməsi mümkün olmayıb. Buna baxmayaraq, Sənubər Rzayeva 2 aylıq körpəsindən imtina etməkdə israrlıdır. 
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Cebhe.info-ya bildirib ki, ana ikinci nikaha görə övladından imtina edir: "Uşaqdan o halda imtina edərlər ki, ana çıxılmaz vəziyyətdə olsun, heç bir yerdən dəstək almasın. Amma bir neçə gündə sosial şəbəkələrdən Sənubər Rzayevaya kifayət qədər dəstək edənlər oldu. Uşağı üçün paltar və qidalar gətirildi. Onu övladından imtina etmək fikrindən döndərməyə çalışsaq da, qadın uşağını körpələr evinə verməyə israrlıdır. Sənubər Rzayevanın dediyinə görə, ikinci həyat yoldaşı ona deyib ki, uşaq onlara uğur gətirməyib. Qadın əri ilə yaşamaq istəsə də, faktiki ailə deyilən bir şey yoxdur. Kişi evlidir. Xanım isə çalışır ki, hər vəchlə kişi onun yanında qalsın. Əslində isə özü də birinci nikahından rəsmi ayrılmayıb”. 
Mehriban Zeynalovanın sözlərinə görə, Sənubər Rzayeva ailəsi ilə bağlı hər dəfə müxtəlif informasiyalar verir və ona dəstək olmaq istəyənlərin məsləhətlərini dinləmir: "Hətta psixoloqla kontakt qurmaqdan da imtina edir.  Qadının məqsədi işləyib yaşadığı kişinin 20 min borcunu ödəməkdir”. Qeyd edək ki, Sənubər Rzayevanın ilk nikahından da iki övladı var. Hazırda həmin uşaqlar atalarının himayəsi altındadır. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az