Erməni əsgəri Azərbaycana müraciət etdi

Erməni əsgəri Azərbaycana müraciət etdi
"Bilin ki, bizi kimi düşünənlər az deyil"

Epress nəşri erməni ordusunun müddətli hərbi qulluqçusunun Gürcüstanda tanış olduğu dostuna – Azərbaycan əsgərinə ünvanlanmış məktubunu dərc edib.

İstiPress xəbər verir ki, məktubda deyilir: "Məni orduya çağırdılar və iki il məndə nifrət oyadan yerdə olacağam. Biz ölkələrimizin münaqişəsi haqqında çox danışırdıq və səndə bütün bunlara mənim baxışlarım haqda ümumi fikir var. Beləliklə, sənə yazıram ki, xatırlayasan. Bir çox millətçilərin, nasistlərin, psevdopatriotların və başqalarının içərisində, həmçinin mən də xidmət edirəm. Və sən erməni milləti və erməni ordusu haqqında nə eşitsən də, bil ki, mən də ordayam. Böyük nifrətlə və seçim haqqı əlindən alınmış vəziyyətdə”.

Hərbçinin qeyd etdiyi kimi, ona təskinlik verən yeganə məqam odur ki, iki ildən sonra azad olacaq və onda üzərində "boynuna dolanmış heç bir borc” qalmayacaq.

"Uğurlar sənə, qardaş və bil – bizim kimiləri az deyil!” – deyə erməni əsgəri azərbaycanlıya yazdığı müraciətini tamamlayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az