Erməni filmləri Bakıda nümayiş etdirilsinmi?

Erməni filmləri Bakıda nümayiş etdirilsinmi?

Fazil Mustafa: “Narahat olmağa dəyməz”

Ermənistanın Gümrü şəhərində Sülhməramlı Təşəbbüs Mərkəzinin sədri Georgi Vanyan tərəfindən təşkil olunan “Azərbaycan kino festivalı”nın keçirilməsi planlaşdırılmışdı. Lakin Gümrü əhalisi, həmçinin hakimiyyət bu təşəbbüsə qarşı çıxıb. "Armtoday"ın xəbərinə görə, Azərbaycan kino festivalının təşkilatçısı bildirib ki, Gümrü əhalisinin təzyiqi altında şəhərdə festivalı keçirmək fikrindən daşınıb və polislərdən təhlükəsizliyinin təmin olunmasını tələb edib. Daha öncə festivalın təşkilatçısını iki dəfə döymək istəyiblər, lakin polislərin müdaxiləsi nəticəsində bunun qarşısı alınıb. Festivalı keçirmək fikrindən daşınmadığı zaman, o bəyan edib ki, hətta bir tamaşaçı gəlsə belə festival baş tutacaq. Sonra Gümrü əhalisi bəyan edib ki, G.Vanyanı Ermənistandan qovur. Bir müddət sonra jurnalistlərin “Asparez” klubu qarşısında insanlarln sayı artmağa başlayıb. Gənc Gümrü sakinləri Azərbaycan bayrağını cırıblar və “Vanyan, çıx get!” şuarları səsləndiriblər. Bir müddət sonra Vanyan polislərin müşahidəsi ilə Gümrü şəhərini tərk edib.

Azərbaycanda isə bəzi siyasətçilər bildiriblər ki, ermənilərdən fərqli olaraq Azərbaycan bu məsələyə müsbət yanaşa bilər. Politoloq Zərdüşt Əlizadə  də məsələyə müsbət yanaşdığını bildirib. Yəni erməni filmləri Azərbaycanda nümayiş etdirilə blər. Bu baş tutarsa Azərbaycan bundan nə qazana bilər? 

Məsələyə münasibətini açıqlayan politoloq Cümşüd Nuriyev diqqətə çatdırdı ki, ermənilərin filmləri tamamlə yalan, saxtakarlıq üzərində quruldğuna görə, burada nümayiş etdirilib etdirilməməsinin müzakirəyə çıxarılmasının özü yanlıdşır: «Çünki filmlər danışan və göstərən informasiyadır. Yəni ermənilər uzun müddətdir ki, bu cür yollarla bir qarış torpmağı böyük Ermənistana çevirə biliblər. Zərdüşt Əlizadənin bu ideyanı müdafiə etməsi anlaşılandır. Çüni o kosmopolit düşüncəli siysətçidir. Amma mən ona bir şeyi xatırlatmaq istəyirəm ki, Ermənilərin içərsində də ağıllı adamlar var. Onlardan biri də Avanes Kaçannunidir.  Kaçannuni 1923-cü ildə Buxarestdə yazırdı ki, «Biz ermənilər əvvəlcə uydurduğumuz yalan özümüz inanırıq, sonra o yalanı başqalarına qəbul etdirməyə çalışırıq. Onlar inanmayanda isə biz küsürük». Ermənilər birmənalı şəkildə Azərbaycan həqiqətlərini görmək istəmədilər. Çünki onların Xocalıda, Qaradağlıda, Ağdabanda törətdikləri vəhşiliklərin film variantlarını qəbul etmək istəmirlər. Bunun müqabilində biz onların filmlərini nümayiş etdirməyimiz «səni sevəcəyəm sən sevməsən də» prinsipinə əsaslanır. Biz nə vaxta qədər onları sevmək məcburiyyətində qalacağıq? Çox maraqlıdır ki, Azərbaycanda onların  qorunmasına daha çox milliyyətcə ermənilər yox, onların dostları çalışırlar. Çünki ermənilər bunu desə onu qəbul etməyəcəklər. Bilirik ki, Bakıda 32 min erməni var.  Biz onlara göstərdiyimiz tolerantilığın cəzasını çəkirik. Ona görədir ki, Qarabağ 20 ildir bizim deyil.  Bu tolerantlığımız davam etsə bir 20 ildə bizim olmayacaq. Belə bir şəraitdə onların filmlərini burada göstərmək yanlış adımdır və bizim gənclərimizə müəyyn  mənada təsir göstərə bilər. Onsuz da gənclərimizin əksəriyyəti  mütaliə etmir, tarixlə maraqlanmırlar. Onlarnın bilik səviyyəsi aşağıdır, bəzilərinin maddi çətinikləri də çoxdur. Belə bir vəziyyətdə bu məsələni gündəmə gətirmək ən azı anlaşılan deyil».

Milət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə vurğuladı ki, mədəni münasibətlər səviyyəsində müəyyən məsələlərin öyrənilməsi baxımından bu addıma normal yanaşır: «Azərbaycanlıların əleyhinə bir şey yoxdursa filmləri göstərmək olar: «Emənilərin Azərbaycan filmlərini göstərib göstərməməsi onların öz işidir. Erməni həyatını, onların nə  düşündüyü nü, bu prosesə necə baxdıqlarını, həyata baxışlarını, yaşayış tərzlərini öyrənmək üçün indiki şəraitdə nəyisə itirmərik. Əksinə , düşməni öyrənmək üçün nəsə qazana bilərik. Ona görə  də mən düşünürəm ki, bu məsələdə narahatlıq keçirməyə dəyməz” .

Əli Zülfüqaroğlu



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az