Erməni hərbçilərin qaytarılmasına ABŞ-dan REAKSİYA

Erməni hərbçilərin qaytarılmasına ABŞ-dan REAKSİYA

"Biz Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayırıq".
 
Miq.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun yaydığı açıqlamada bildirilib.
 
"Bütün saxlanılan hərbçilərin qaytarılmasını üçün işlər görülür. Eyni zamanda, hər iki müharibədə itkin düşmüş vətəndaşlar haqqında işlərin görülməsi regionda sülhü davamlı edəcək”,- məlumatda deyilir. 
 
Qeyd edək ki, Azərbaycan 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az