Erməni nazirdən isterik açıqlama: Ordumuz hücum edə bilər

Erməni nazirdən isterik açıqlama: Ordumuz hücum edə bilər

Yalnız müdafiədə qalmağa hazırlaşmırıq.

Axar.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistan Müdafiə naziri David Tonoyan deyib.

"Keçmişdə bizim ordunun hansısa müdafiə strukturu olub. Hazırda onların psixologiyası və yanaşması dəyişir. Yalnız müdafiə olunan ordu hər zaman uduzur. Biz yalnız müdafiə mövqeyində qalmağa hazırlaşmırıq. Əgər söhbət hərbi fəaliyyətdən gedirsə, biz dayanmayacağıq”, – deyə o bildirib.

Bundan sonra jurnalistin "Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi?” sualına Tonoyan "niyə də yox” cavabını verib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az