Erməni nazirinin qızı Azərbaycan saytında işə başladı - FOTO
Bakıya gəlmiş erməni jurnalist Süzan Caqinyan Azərbaycanda fəaliyyət göstərən Haqqin.az saytında jurnalist kimi fəaliyyətə başlayıb.
Miq.az xəbər verir ki, bu barədə sözügedən saytın baş redaktoru Eynulla Fətullayev məlumat verib.
"Yeni əməkdaşımız, erməni jurnalisti Süzan Caginyandır. Bu gündən Ermənistandakı vəziyyətin təhlilinə başlayacaq. Yeri gəlmişkən, vaxtilə Süzan Caginyan məşhur "Komsomolskaya pravda" qəzetinin Ermənistan üzrə xüsusi müxbiri olub, Ermənistanın təhsil nazirinin qızıdır".
Miq.az